Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
# 10 may 2016 07:48 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, Heydər Əliyevin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, onun xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra dövlət başçısı və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət ediblər və gül dəstələri qoyublar.

Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edibilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR