Goranboy sakini damdan yıxılaraq ağır xəsarət alıb

Goranboy sakini damdan yıxılaraq ağır xəsarət alıb
# 19 may 2016 05:34 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Goranboy rayon sakini damdan yıxılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Şəhər sakini, 1983-cü il təvəllüdlü Elmir Bağırov döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

Yaxınlarının deməsinə görə E. Bağırov yaşadığı evin damında iş görərkən ehtiyatsızlıq nəticəsində ordan yerə düşüb və xəsarət alıb

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR