İndoneziyada vulkan püskürməsi nəticəsində 7 nəfər ölüb

İndoneziyada  vulkan püskürməsi nəticəsində 7 nəfər ölüb
# 23 may 2016 04:14 (UTC +04:00)

Bakı-APA. İndoneziyada Sinabunq vulkanının püskürməsi nəticəsində 7 nəfər ölüb.

APA-nın ABC News-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ağır xəsarətlər alıb. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Məlumata görə, ölən və xəsarət alanlar vulkandan təxminən 4 km aralıda yerləşən fermaların işçiləridir.

Sinabunq vulkanının 400 ildən sonra ilk dəfə, 2010-cu ildə püskürməsi nəticəsində 2 nəfər həyatını itirib. 2014-cü ilə təsadüf edən püskürmə zamanı isə 16 nəfər ölüb. Qeyd edək ki, Sinabunq İndoneziya ərazisində yerləşən 120 vulkandan biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR