Rüstəm Rüstəmov küçəsinin bir hissəsində təmir işləri yekunlaşıb

Rüstəm Rüstəmov küçəsinin bir hissəsində təmir işləri yekunlaşıb
# 23 may 2016 10:56 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin bir hissəsi təmir edilərək sürücülərin ixtiyarına verilib.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, təmir olunan hissə Mikayıl Əliyev və Bəkir Çobanzadə küçələrinin kəsişmələrində yerləşir.

Həmin hissənin uzunluğu təqribən 1 km-dir (500m x 2). Ayrıca olaraq gediş və gəliş hissələrindən ibarət və 6 hərəkət zolaqlı (3 x 2) olmaqla küçənin hərəkət hissəsinin ümumi eni 24 metrdir.

Təmir işləri çərçivəsində sözügedən hissədə 2 min paqon-metrə yaxın səki daşı yenisi ilə əvəzlənib, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ümumilikdə 20 min kvadratmetr ərazi ikiqat olmaqla asfaltlanıb.

Bundan başqa, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR