“Taliban” hərəkatının yüksək vəzifəli komandiri Molla Mənsurun öldüyünü təsdiqləyib - YENİLƏNİB

“Taliban” hərəkatının yüksək vəzifəli komandiri Molla Mənsurun öldüyünü təsdiqləyib - <span style="color: red;">YENİLƏNİB
# 22 may 2016 09:00 (UTC +04:00)

Bakı-APA. “Taliban” Hərəkatının yüksək vəzifəli komandiri Molla Abdul Rauf ABŞ-ın aviazərbəsi nəticəsində "Taliban" lideri Molla Mənsurun öldüyünü təsdiqləyib.

APA-nın məlumatına görə, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

****

10.40

Bakı-APA. Əfqanıstanın baş naziri Abdulla Abdulla ABŞ-ın pilotsuz təyyarələrlə həyata keçirdiyi aviazərbə nəticəsində “Taliban” lideri Mola Mola Mənsurun öldüyünü ehtimal etdiyini bildirib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ dünən yerli vaxtla saat 15:00 radələrində Pakistanın Əfqanıstanla sərhəddə yerləşən cənub-qərbindəki Əhməd-Val şəhərinə aviazərbə endirib.

Aviazərbə bir neçə pilotsuz təyyarə vasitəsi ilə endirilib. A. Abdulla M. Mənsurun öldürülməsi ilə əlaqədar əlavə məlumatlar da əldə etdikdən sonra bunu xalqa açıqlayacaqlarını qeyd edib.

Bu arada Pakistanın “Samaa” telekanalı Mola Mənsurun deyil, bir taksi sürücüsü və sərnişininin öldürüldüyü barədə məlumat yayıb. “Taliban” təmsilçisi də “Reuters”ə açıqlamasında Mola Mənsurun öldürüldüyünü təkzib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR