Azərbaycan prezidenti Babək rayonunda yol tikintisinə 5 milyon manat ayırıb

Azərbaycan prezidenti Babək rayonunda yol tikintisinə 5 milyon manat ayırıb
# 20 may 2016 16:15 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun 31 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunda yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR