Qax rayon mədəniyyət və turizm şöbəsinin müdiri vəfat edib

Qax rayon mədəniyyət və turizm şöbəsinin müdiri vəfat edib
# 28 aprel 2016 17:51 (UTC +04:00)

Şəki. Vüqar Heydərov – APA. Mədəniyyət və Turizm Nazirliyi Qax rayon mədəniyyət və turizm şöbəsinin müdiri vəfat edib. APA-nın Şəki bürosunun məlumatına görə, şöbə müdiri Nəzir Omarov Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının təntənəli açılış mərasimində iştirak edərkən vəziyyəti qəflətən pisləşib. Hadisə yerinə təcili tibbi yardım heyəti cəlb olunsa da, N. Omarovun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR