Naxçıvanda investisiya təşviqi sənədini almış sahibkarlara idxal üçün təsdiqedici sənədin verilməsi qaydası təsdiqlənib

Naxçıvanda investisiya təşviqi sənədini almış sahibkarlara idxal üçün təsdiqedici sənədin verilməsi qaydası təsdiqlənib
# 29 aprel 2016 20:16 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikasında “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası” təsdiq edilib.

APA-nın məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Bu Qayda investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi qaydasını müəyyən edir. Təsdiqedici sənəd investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara verilir. Təsdiqedici sənədi almaq üçün sahibkar Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etməlidir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR