DİN Sumqayıtda evdə partlayış baş verməsi haqqında məlumat yayıb

DİN Sumqayıtda evdə partlayış baş verməsi haqqında məlumat yayıb
# 11 iyul 2015 10:52 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş verən partlayışla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 10-da saat 08 radələrində Sumqayıt şəhərində yaşayan Əkrəm Pənahəliyevin evində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə evin pəncərə şüşələri sınıb, Ə.Pənahəliyev və evdə olan 4 qonaq yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR