SOCAR: "Cənub Qaz Dəhlizi" qrafikə uyğun həyata keçirilir

SOCAR: "Cənub Qaz Dəhlizi" qrafikə uyğun həyata keçirilir
# 03 iyun 2015 07:10 (UTC +04:00)

Bakı - APA-Economics. "Cənub Qaz Dəhlizi" layihəsi həm Azərbaycan, həm də Avropa İttifaqı (Aİ) üçün strateji əhəmiyyət kəsb edir.

"APA-Economics"in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "The Business Year" jurnalına müsahibəsində deyib.

R. Abdullayev deyib ki, Azərbaycan tərəfi "Cənub Qaz Dəhlizi" layihəsinin qrafikə uyğun və effektiv şəkildə reallaşdırılmasını təmin etmək üçün lazımi tədbirləri görür. "Biz Azərbaycan hökumətinin güclü dəstəyini hiss edirik. Bununla yanaşı, layihənin qrafikə uyğun həyata keçirilməsi üçün Prezident İlham Əliyev tərəfindən xüsusi hökumət komissiyası yaradılıb. Bu komissiyaya yüksək rütbəli məmurlar daxildir. Qeyd edim ki, "Cənub Qaz Dəhlizi"nə daxil olan layihələr qrafikə uyğun şəkildə həyata keçirilir. Hətta bəzi layihələrdə qrafiki qabaqlayırıq".

SOCAR prezidenti deyib ki, layihə vasitəsilə nəql olunacaq ilk qazın hasilatı üçün nəzərdə tutulan 7 buruq istismara hazırdır.

"Cənubi Qafqaz Boru Kəmərinin və TANAP kəmərinin tikintisinə 2015-ci ildə başlanılıb. TAP layihəsinin tikintisinə isə 2016-cı ildə başlanacaq. Əminəm ki, "Cənub Qaz Dəhlizi" layihəsi vaxtında həyata keçiriləcək", - deyə R. Abdullayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR