“Muğanbank” aktivlərini 17% artırıb

“Muğanbank” aktivlərini 17% artırıb
# 31 oktyabr 2014 12:55 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev-APA-Economics. 2014-ci il oktyabrın 1-nə “Muğanbank” aktivlərinin həcmi 371,996 mln. manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,57% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin III rübünə bankın kredit portfeli 277,610 mln. manat olub ki buda 2013-cü ilin eyni dövrü ilə müqayisədə 18,10% artım deməkdir.

Hesabat dövründə bankda istehlak kreditlərinin məbləği bir il ərzində 2,01 dəfə artaraq 104,535 mln. manat olub.

İpoteka kreditləri isə, ötən illə müqayisədə 14,42% artaraq 38,985 mln. manata bərabər olub.

Kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi 2013-cü ilin oktyabr ayı ilə müqayisədə 72,09% artaraq 16,151 mln. manat təşkil edib ki bu da mövcud kredit portfelinin cəmi 5,82%-ni təşkil edir.

Bankda depozit portfeli 2013-cü ilin eyni dövrü ilə müqayisədə 13,83% artaraq 132,336 mln. manata, əhalinin əmanətləri isə, 18,92% artım göstərərək 107,681 mln. manata çatıb.

“Muğanbank” Mərkəzi Bankın tələbini də artıq yerinə yetirib. Bank məcmu kapitalını hesabat dövrünə 11,19% artıraraq 56,426 mln. manata çatdırıb.

Bankın nizamnamə kapitalı 45,306 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin III rübü ilə müqayisədə 9,68% artım deməkdir.

Müvafiq dövr üzrə “Muğanbank”ın gəlirləri də artıb. Belə ki, bankın gəlirləri 30,77% artaraq 41,180 mln. manata, xərcləri isə, 28,66% artaraq 34,560 mln. manata çatıb.

“Muğanbank” son 9 ayda 6,620 mln. manat mənfəət əldə edib.

Bankın hal hazırda 39 filialı, 57 bankomatı və 659 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR