Beynəlxalq axtarışda olan azərbaycanlı Rusiyada saxlanılıb

Beynəlxalq axtarışda olan azərbaycanlı Rusiyada saxlanılıb
# 09 iyul 2015 11:36 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Rusiyanın Udmurtiya vilayətində saxlanılıb. APA-nın məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb. Həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bu ilin may ayından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin mənzil toxunulmazlığını pozma haqqında 157-ci maddəsini pozduğuna görə axtarışdadır. Hazırda saxlanılan şəxsin ekstradisiyası məsələsi həll edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR