Avropa Oyunları zamanı kiberhücumlara qarşı böyüktutumlu qorunma sistemi yaradılıb

Avropa Oyunları zamanı kiberhücumlara qarşı böyüktutumlu qorunma sistemi yaradılıb
# 29 may 2015 11:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “I Avropa Oyunları zamanı internet üzərindən gələcək hücumların qarşısını “Delta Telekom” alacaq”.

APA-Economics” xəbər verir ki, bunu “Delta Telekom”un direktoru Ramazan Vəliyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyində I Avropa Oyunlarına hazırlığın vəziyyəti üzrə keçirilən iclas zamanı bildirib.

“Böyüktutumlu sistemlərdən biri Avropada, Sofiya və Frankfurtda yerləşir. Bu sistem dövlət qurumlarının saytlarına, olimpiya oyunları saytına Avropadan internet üzərindən gələcək hücumların qarşını alacaq”, - deyə R.Vəliyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR