Avropa İttifaqı: "MasterCard” komissiyaları süni şəkildə artırır

Avropa İttifaqı: "MasterCard” komissiyaları süni şəkildə artırır
# 09 iyul 2015 15:40 (UTC +04:00)

"APA-Economics" BBC-yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının rəqabət məsələləri üzrə komissarı Marqaret Vestager bildirib.

"Alıcılar "MasterCard"ın kartlarından hər gün, qida, geyim və ya onlayn ticarət edərkən istifadə edirlər. Hal-hazırda biz "MasterCard”ın süni şəkildə komissiya artımına əl atmasından şübhələnirik. Bu isə Avropa İttifaqı daxilində olan alıcılara zərər vurur”, - deyə M. Vestaqer bildirib.

Qeyd edək ki, Avropa Komissiyası hazırda "MasterCard" barəsində antiinhisar araşdırması aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR