Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL imtahanı keçirilib.
Mərkəzdən APA-ya verilən məlumata görə, imtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.
İmtahanda 1 xarici vətəndaş olmaqla, 3 nəfər iştirak edib.
Növbəti TOEFL imtahanının iyulun 7-də keçirilməsi nəzərdə tutulur.