Bank Of Baku

Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub

Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
# 31 iyul 2026 13:52 (UTC +04:00)

Polşa Milli Müdafiə Nazirliyi ölkənin hava məkanını iyulun 30-na keçən gecə pozan və ölkə ərazisində partlaayn raketin Rusiyaya məxsus X-101 qanadlı raketi olduğunu təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Polşa milli müdafiə nazirinin müavini Sezari Tomçik “RMF24” radiosuna açıqlamasında bildirib.

"Tam məsuliyyətlə təsdiq edə bilərik ki, bu, Rusiyaya məxsus X-101 qanadlı raketi idi. Bu raket hətta nüvə başlığı daşımaq qabiliyyətinə malikdir və yerə çırpıldıqda partlayıb. Bu, potensial olaraq çox təhlükəli raketdir", – deyə Tomçik bildirib.

Nazir müavini qeyd edib ki, Rusiya adətən Ukraynaya 10-20 raket buraxsa da, son hücum zamanı onların sayı təxminən 70 olub. Onun sözlərinə görə, gecə saat 03:00 radələrində 20-yə yaxın raket Polşa istiqamətində hərəkət edirdi.

Tomçik raketin Polşa hava məkanını qəsdən pozub-pozmadığı ilə bağlı suala cavabında isə "Hər iki variant mümkündür" deyib.

Qeyd edək ki, raket Polşanın Lyublin voyevodalığında yerləşən Tarnava-Koloniya kəndi yaxınlığında boş sahəyə düşərək partlayıb. Partlayış nəticəsində təxminən 10 metr diametrli krater yaranıb. Hadisə yaşayış məntəqəsindən kənarda baş verdiyi üçün xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR