Bələdiyyələr daxilində vergitutma obyektlərinin və vergi ödəyicilərinin uçotu ilə bağlı proqram hazırlanıb

Bələdiyyələr daxilində vergitutma obyektlərinin və vergi ödəyicilərinin uçotu ilə bağlı proqram hazırlanıb
# 02 sentyabr 2015 10:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bələdiyyələr daxilində vergitutma obyektlərinin və vergi ödəyicilərinin uçotu ilə bağlı proqram hazırlanıb.

"APA-Economics"in məlumatına görə, bunu “Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları” mövzusunda seminarda Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Kamran Bayramov deyib.

K. Babayevin sözlərinə görə, sənəd bütün bələdiyyələrə paylanıb: "Sənədlə tanış olmuşam, olduqca rahat bir proqramdır. Proqramda vergitutma obyektləri və vergi ödəyicilərinin uçotu ilə yanaşı, yeni vergi və ödənişlərin hesablanması, onunla bağlı müvafiq şəhadətnamələrin, tədiyyə bildirişlərinin avtomatik olaraq çatdırılması, eləcə də vergi və ödənişlər üzrə əldə olunan vəsaitin xərclənməsi üzrə hesabatların hazırlanması da nəzərdə tutulub".

Sektor müdiri əlavə edib ki, proqramın qəbul olunması üçün bələdiyyələrdə kompüterlər olmalıdır: “Bu ilin əvvəlində müvafiq təhlil aparılıb. Məlum olub ki, bizim bələdiyyələrin 80%-də kompüter yoxdur. Lakin, görülmüş tədbirlər nəticəsində çox cüzi sayda bələdiyyə qalıb ki, kompüteri yoxdur. Artıq demək olar ki, bələdiyyələrin 95%-i kompüterlə təmin edilib. Çox qısa zamanda kompüteri olmayan bələdiyyələr də kompüterlə təmin olunacaq. Bununla da, yaxın zamanlarda bu proqramın tətbiqi üçün imkan yaranacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR