Bakıda sex, Yevlaxda isə ferma yanıb

Bakıda sex, Yevlaxda isə ferma yanıb
# 14 iyul 2015 22:32 (UTC +04:00)

Bakı-APA. Ötən axşam Bakı və Yevlaxda yanğın hadisəsi qeydə alınıb

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus sexin ərazisində ümumi sahəsi 20 kv.m olan 2 otaqlı tikilinin içərisində olan əşyalar yanıb. Tikili yanğından mühafizə olunub.

Yevlax rayonu, Kövər kəndində isə hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 1000 kv.m olan fermanın dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR