Anasını 102 bıçaq zərbəsi ilə qətlə yetirən şəxs ona verilən cəzadan narazı qalıb

Anasını 102 bıçaq zərbəsi ilə qətlə yetirən şəxs ona verilən cəzadan narazı qalıb
# 23 mart 2015 15:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində anasını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Mürsəl Dünyamalıyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.


APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası aprelin 2-nə təyin edilib.

Qeyd edək ki, M. Dünyamalıyev 2013-cü il dekabrın 18-də anası Cəmilə Dünyamalıyevaya 102 bıçaq zərbəsi vuraraq qətlə yetirib. O, daha sonra könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə gələrək təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Dünyamalıyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR