DSMF sədri Qaxda vətəndaşları qəbul edəcək

DSMF sədri Qaxda vətəndaşları qəbul edəcək
# 01 iyun 2015 08:16 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 2 iyun 2015-ci il tarixdə, saat 11:00-da DSMF-nin Qax rayon şöbəsinin inzibati binasında Qax, Şəki, Oğuz, Zaqatala və Balakən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Qax rayon şöbəsində (02425) 5-44-33

Şəki şəhər şöbəsində (02424) 4-89-20

Oğuz rayon şöbəsində (02421) 5-34-73

Zaqatala rayon şöbəsində (02422) 5-68-88

Balakən rayon şöbəsində (02429) 5-11-10

Qəbulda iştirak edəcək vətəndaşların iyunun 2-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR