Nazir Əli Abbasov startapçılarla görüşüb - FOTO

Nazir Əli Abbasov startapçılarla görüşüb - <span style="color: red;">FOTO
# 03 iyul 2015 11:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “Startap Azərbaycan” yarışmasının qalibləri və iştirakçıları ilə görüş keçirilib.

RYTN-dan “APA-Economics”ə verilən məlumata görə, görüşün əsas məqsədi ölkədə “Startap” hərəkatının genişlənməsi və bu sahədə mövcud problemlər haqqında fikir mübadiləsi aparmaq olub. Tədbirdə həmçinin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən startapçılar da iştirak ediblər.

Nazir Əli Abbasov İKT sahəsində sahibkarlığı inkişaf etdirmək məqsədilə yeni yaranan startap şirkətlərə və kiçik sahibkarlıq subyektlərinə qrant şəklində maliyyə dəstəyinin həyata keçirilməsindən bəhs edib.

Fondun icraçı direktoru Elçin Zeynalov görüşün məqsədi və Fondun startap layihələrə göstərdiyi dəstək haqqında məlumat verib.

Tədbirdə Fondun elan etdiyi 1-ci və 2-ci qrant müsabiqələrinin qalibi olmuş layihələr barədə təqdimatlar keçirilib, Fond haqqında video təqdimat nümayiş olunub.

Görüşün sonunda startap layihələr tərəfindən İKT sahəsində sahibkarlığın inkişafı üçün konkret təkliflər müzakirə olunub, təqdim olunan təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, fond innovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması sahəsində qrant müsabiqələri keçirir. Belə ki, elan ediləcək növbəti qrant müsabiqəsində iştirak etmək istəyən şəxslər Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) yerləşdirilmiş e-qrant bölməsi vasitəsilə onlayn qeydiyyatdan keçərək öz layihələrini təqdim edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR