Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, qısa müddətli yağış yağacaq - VİDEO

Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, qısa müddətli yağış yağacaq - <span style="color: red;">VİDEO
# 14 iyul 2015 09:49 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bakı və Abşeron yarımadasında iyulun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, küləkli hava bu gün axşama doğru mülayimləşəcək, lakin sabah gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Bölgələrdə hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR