Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub
# 30 sentyabr 2015 09:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-də Elçin Tanrıquliyevə məxsus mağazadan 20 manat və tütün məmulatı oğurlamış Kür qəsəbə sakini Amin Əliyev tutulub.

Daha bir oxşar hadisə isə Goranboy rayonunda qeydə alınıb. Belə ki, sentyabrın 23-də Goranboy rayonu ərazisində Veyisli kənd sakini İlqar Qədirova məxsus fermadan 100 metr boru və 1 ədəd su çəni oğurlanıb. Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Teymur İbrahimov tutulub.

İsmayıllıda isə qoyun oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Belə ki, avqust ayında İsmayıllı rayonunun Balik kənd sakini Natiq Əkbərova məxsus 2 baş qoyun kəndin otlaq sahəsindən oğurlanıb. İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini Samir Məmişov tutulub.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR