Azərbaycanda son 1 ildə 77 dini icmaya maliyyə yardımı edilib

Azərbaycanda son 1 ildə 77 dini icmaya maliyyə yardımı edilib
# 13 noyabr 2015 13:07 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. Toplantıda komitə sədrinin müavinləri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komitə sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb. O bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə çatdırılmasıdır.

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov dini icmalara həyata keçirəcəkləri layihələrdə dini ənənələri və milli-mənəvi dəyərləri daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyi tövsiyə edib.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən prezidentin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama uyğun olaraq indiyədək 77 dini icmaya maliyyə yardımı verilib ki, bunların 19-u qeyri-islam, 58-i isə İslam dini icmalarıdır. Ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində icmalar tərəfindən yerlərdə tədbirlər keçirilməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR