Azərbaycanın mobil operatorları ilin əvvəlindən 140 mln. manata yaxın gəlir əldə edib

Azərbaycanın mobil operatorları ilin əvvəlindən 140 mln. manata yaxın gəlir əldə edib
# 16 mart 2015 08:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İnformasiya və rabitə sektorunda 2015-ci ilin yanvar-fevral aylarında təsərrüfat subyektlərinə və əhaliyə 254,7 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10% çox xidmət göstərilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,3% təşkil edib.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 53,7%-i mobil telefon rabitəsindən yaranıb və 2014-cü ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 1,9% artaraq 136,8 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR