İŞİD İraqda şəhəri xlorlu mərmilərdən atəşə tutub

İŞİD İraqda şəhəri xlorlu mərmilərdən atəşə tutub
# 22 aprel 2015 18:10 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşmasının silahlıları İraqın Ramadi şəhərini zəhərləyici xüsusiyyətə malik, xlorlu mərmilərdən istifadə etməklə minaatanlardan atəşə tutub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu səbəbdən şəhəri müdafiə edən hərbçilərdə zəhərlənmə və boğulma halları müşahidə edilib.

Hazırda İraqın Ramadi şəhəri ətrafında qızğın döyüşlər gedir. Qeyd edək ki, hərbi əməliyyatlar nəticəsində 100 min sakin evini tərk etmək məcburiyyətində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR