Naxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib

Naxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib
# 24 mart 2015 09:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Naxçıvan şəhər sakini Murad Əsgərov idarə etdiyi “KİA” markalı avtomobili Kəngərli rayonu ərazisində aşırıb.


Xəsarətlə xəstəxanaya yerləşdirilmiş onun sərnişini, Naxçıvan şəhər sakini Bəhram Məmmədov orada ölüb.


Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR