Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb

Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb
# 26 iyun 2015 16:26 (UTC +04:00)

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şair-publisist Əjdər Olun “Biri vardı, biri yox” pyesi əsasında hazırlanacaq eyniadlı yeni tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru Bəhram Osmanov, rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı musiqişünas Məryəm Əlibəyli, rəqslərin quruluşçusu Səbinə Məmmədovadır.

Yeni səhnə əsərində teatrın gənc aktyorları Müşfiq Əliyev, Mirzəağa Mirzəyev, Natiq Fərzəliyev, İradə Rəşidova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Venera Abbasova, Anar Səfiyev, Vahid Orucoğlu, Elgün Yəhyayev, Ramil Məmmədov, Xəyal Salahov iştirak edəcəklər.

Tamaşanın 88-ci teatr mövsümündə - oktyabrın 1-ci yarısında təhvil verilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR