Aprel ayında 110 minə yaxın avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

Aprel ayında 110 minə yaxın avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub
# 01 may 2015 08:29 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin aprel ayında avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə 106 218 müqavilə bağlanıb.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən xəbərə görə, bunların 14 310-u xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələridir.

Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 7,9 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 12%, sığorta haqlarının məbləğində isə 17% artım müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR