Bakıda liftdə qalan 3 nəfər xilas edilib

Bakıda liftdə qalan 3 nəfər xilas edilib
# 05 iyun 2015 20:29 (UTC +04:00)

Bakı- APA. Bakıda liftdə qalan şəxslər xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının Nəsimi rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 22:21-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR