Xorvatiyanın sabiq prezidenti: “Dünyada elə siyasi güclər var ki, barışda maraqlı deyillər”

Xorvatiyanın sabiq prezidenti: “Dünyada elə siyasi güclər var ki, barışda maraqlı deyillər”
# 28 aprel 2015 15:43 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Əlbəttə, dünyada elə siyasi güclər var ki, onlar barışda maraqlı deyillər. Bu onların gündəliyinin bir hissəsidir”. APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən III Qlobal Forum çərçivəsində təşkil olunan paneldə çıxış edən Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç deyib.

Xorvatiyanın sabiq prezidenti 90-cı illərin əvvəllərində Xorvatiya-Serbiya münaqişəsi və ondan sonrakı sülh prosesi haqda danışıb: “Xorvatiyanın qarşısında Serbiya, o cümlədən serblərlə barışmaq vəzifəsi var idi. Bunun üçün həm siyasi iradə, həm də ümid olmalıdır ki, insanlar gələcəkdə ləyaqətli şəraitdə yaşayacaqlarına inansınlar. Sülh prosesində cəzasızlıq qəbulolunmazdır. Yuqoslaviya daxilindəki hərbi cinayətlər üçün Haaqa tribunalı beynəlxalq ədalət mühakiməsi kimi tətbiq olunub. Bu gün Xorvatiya və Serbiya arasındakı münasibətlər tamam fərqlidir. Hər iki tərəf arasında iqtisadi münasibətlər, hətta hərbi əməkdaşlıq var. Keçmiş Yuqoslaviyada kütləvi məzarlıqlar mövcuddur. İnsanların keçirdiyi ağrı hissi bəzən vəziyyəti idarə etməyə imkan vermir. Xorvatiyada 1600 nəfər itkin düşüb. Xorvatiyada itkin şəxslərin tapılması barış üçün bir şərtdir. Biz itkin düşmüş xorvatları və serbləri axtarırıq. İtkin düşmüş insanların axtarışı ilə məşğul olan müvəkkilimiz var. Bizim məhkəmə sistemində də əməkdaşlığımız var. Bizim xüsusi prokurorlarımız var ki, onlar hərbi cinayətlərin açılması üzərində çalışırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR