Bu ilin əvvəlindən Azərbaycanda dövlət qeydiyyatına alınan yeni standartların sayı açıqlanıb

Bu ilin əvvəlindən Azərbaycanda dövlət qeydiyyatına alınan  yeni standartların sayı açıqlanıb
# 14 oktyabr 2014 07:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu il ərzində Azərbaycanda 74 yeni standart dövlət qeydiyyatına alınıb.

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bunların sırasında “Qida əlavələri”, "Halal" məhsulların sertifikatlaşdırma qaydaları”, “Ətraf mühitin idarə edilməsi. Həyat dövrünün qiymətləndirilməsi. Prinsiplər və struktur”, “Uyğunluğun qiymətləndirilməsi. “Heyətin sertifikatlaşdırılmasını həyata keçirən orqanlara ümumi tələblər”, “Halal sertifikatlaşdırmanı həyata keçirən orqanlar üçün rəhbəredici sənəd” və digərlərini göstərmək olar.

Hazırda cəmi 782 milli standart və 23 000 dövlətlərarası standart (QOST) Azərbaycanda qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR