İsrail prezidenti 1915-ci il hadisələrini kütləvi qətl adlandırıb

İsrail prezidenti 1915-ci il hadisələrini kütləvi qətl adlandırıb
# 27 aprel 2015 11:33 (UTC +04:00)

Bakı - APA. İsraildə ilk dəfə olaraq ölkə prezidenti tərəfindən uydurma “erməni soyqırımı” ilə əlaqədar rəsmi mərasim təşkil edilib. APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, mərasimə erməni icmasının nümayəndələri və dini liderlər qatılıb.

İsrail prezidenti Reuven Rivlin soyqırım ifadəsini işlətməsə də, erməni xalqının müasir dövrdə kütləvi cinayətin ilk qurbanı olduğunu deyib: “Biz konkret bir ölkəni günahlandırmağa çalışmırıq. Qətliamın qurbanları və qorxunc nəticələri ilə özümüzü eyniləşdirməyə çalışırıq”.

Prezidentin ofisindən bildirilib ki, “ilk dəfə bir İsrail prezidenti İsraildəki erməni icması ilə birlikdə erməni xalqının kütləvi qətlinə diqqət çəkir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR