Sankt-Peterburqda azərbaycanlılar arasında baş verən münaqişədə bir nəfər ölüb - VİDEO

Sankt-Peterburqda azərbaycanlılar arasında baş verən münaqişədə bir nəfər ölüb - <span style="color: red;">VİDEO
# 28 avqust 2015 10:52 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılar arasında münaqişə baş verib.

APA-nın “konkretno.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə şəhərin məşhur “Apraksin dvor” ticarət mərkəzində baş verib. Qarşıdurma zamanı 28, 31 və 32 yaşlı 3 azərbaycanlı bıçaq xəsarəti alıb. Onlardan biri xəstəxanaya aparılarkən təcili tibbi yardım maşınında ölüb. Digərləri isə xəstəxanaya yerləşdiriliblər. Yaralılardan birinin vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başlanıb. Hadisənin motivi hələlik bəlli deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR