Daşkəsən rayon sakini toyda döyülüb

Daşkəsən rayon sakini toyda döyülüb
# 12 sentyabr 2015 19:34 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli – APA. Daşkəsəndə döyülmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dəstəfur kənd sakini, 1967-ci il təvəllüdlü Babək Sadıqov qapalı kəllə-beyin travması, alın-təpə nahiyəsinin əzilməsi və bədənin müxtəlif nahiyələrinin xəsarəti əlamətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. B. Sadıqov bildirib ki, kənddə keçirilən toy mərasimində şəkil çəkdirmək üstündə dava düşüb və bir neçə nəfər onu döyüb.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR