ABŞ-da 12 yaşlı yeniyetmə polisin açdığı atəş nəticəsində ölüb

ABŞ-da 12 yaşlı yeniyetmə polisin açdığı atəş nəticəsində ölüb
# 24 noyabr 2014 08:24 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın Klivlend şəhərində polisin açdığı atəş nəticəsində yaralanan 12 yaşlı yeniyetmə xəstəxanada ölüb.

APA-nın “Fox 8” telekanalına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 22-də “Cudell” əyləncə mərkəzi yaxınlığında baş verib.

Əyləncə mərkəzindən polisə ərazidə silahlı şəxsin olduğu haqda edilmiş zəngdən sonra hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları naməlum silahla olan yeniyetməni görüblər.

Polislərin təslim olmaq əmrinə tabe olmaya yeniyetmə əlini arxaya atıb, bundan sonra polislərdən biri ona atəş açıb.

Oğlan ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona atəş açan polisin də ayağından yaralındığı bildirilsə, hadisənin təfərrüatları açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR