Ukraynada separatçılar məcburi köçkünlərin olduğu maşın karvanını “Qrad” qurğularından atəşə tutub, xeyli sayda ölən var - VİDEO

Ukraynada separatçılar məcburi köçkünlərin olduğu maşın karvanını “Qrad” qurğularından atəşə tutub, xeyli sayda ölən var - <span style="color: red;">VİDEO
# 18 avqust 2014 18:41 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) məlumat mərkəzinin sözçüsü Andrey Lısenko deyib.

Onun sözlərinə görə, ölənlərin sayı onlarladır. “Avtomobil karvanı 2 hissədən ibarət olub – birində böyüklər, digərində isə uşaqlar hərəkət edib. Karvan ağ bayraqlarla hərəkət edib və avtomobillərin üzərində məcburi köçkünlərin daşınmasını bildirən xüsusi nişanlar da olub. Buna baxmayaraq, karvana “Qrad” reaktiv yaylım atəş sistemlərindən zərbələr endirilib”, deyə Lısenko qeyd edib.

MTMŞ-nın sözçüsü əlavə edib ki, hələlik qurbanların dəqiq sayını müəyyən etmək qeyri mümkündür. Avtomobillərin və qurbanların sayı tam müəyyən edilməyib. O qeyd edib ki, zərbələr nəticəsində onlarla insan həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR