Sergey Lavrov: "Moskva Ukraynanın NATO-ya qəbulu ideyasına olduqca mənfi yanaşır"

Sergey Lavrov: "Moskva Ukraynanın NATO-ya qəbulu ideyasına olduqca mənfi yanaşır"
# 28 noyabr 2014 14:13 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Moskva Ukraynanın NATO-ya qəbulu ideyasına olduqca mənfi yanaşır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Şurasının baş katibi Tornbörn Yaqlandla birgə keçirdiyi brifinqdə deyib.


"Bizim buna münasibətimiz olduqca mənfidir, bunu gizlətmirik də. Fikrimcə, hamı NATO-nun genişlənməsi prosesinin dağıdıcı olduğunu, qitədə ayırıcı xətlər yaratdığını başa düşür",-deyə Sergey Lavrov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR