“Muğanbank” regional şəbəkəsini genişləndirir

“Muğanbank” regional şəbəkəsini genişləndirir
# 14 oktyabr 2014 07:07 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Muğanbank”ın Sabirabad və Cəlilabad şəhərlərində yeni filialları fəaliyyətə başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, filiallarda fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və digər bank xidmətləri təklif edilir.

Yeni açılmış Sabirabad filialı Sabirabad şəhəri, Heydər Əliyev prospektində, Cəlilabad filialı isə, H. Əliyev prospekti 176 ünvanında yerləşir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hal-hazırda Bankın ölkə ərazisində 40 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR