İraqda törədilən silsilə terror aktlarında 57 nəfər ölüb, 60 nəfər xəsarət alıb

İraqda törədilən silsilə terror aktlarında 57 nəfər ölüb, 60 nəfər xəsarət alıb
# 05 oktyabr 2015 22:34 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 5-də İraqda baş verən üç terror aktı nəticəsində 57 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, paytaxt Bağdadda avtomobildə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb, 12 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Ölkənin digər bölgələrində də ölüm halları ilə nəticələnən hücumlar törədilib. Diyala əyalətinin Xalis şəhərində və ölkənin cənubunda yerləşən əz-Zübeyr şəhərində minalanmış avtomobillərin partladılması nəticəsində 45 nəfər ölüb, 40 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR