Dövlət Komissiyası: Bu ilin 6 ayı itkin düşmüş şəxslərlə bağlı müraciətlər araşdırılıb və icra edilib

  Dövlət Komissiyası: Bu ilin 6 ayı itkin düşmüş şəxslərlə bağlı müraciətlər araşdırılıb və icra edilib
# 01 sentyabr 2015 16:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA.. İtkin düşmüş 27 vətəndaşın valideynləri tərəfindən prezidentə, «Heydər Əliyev fondu»na, Dövlət Komissiyasının sədrinə və digər dövlət orqanlarına ünvanlanmış ərizələrə baxılıb, qaldırılmış məsələlər araşdırılıb, görülmüş işlərlə əlaqədar aidiyyəti orqanlara və vətəndaşlara məlumatlar verilib.

APA-nın məlumatına görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və İşçi qrupunun 2015-ci ilin 6 ayı ərzindəki fəaliyyəti ilə bağlı açıqlanan hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, itkin düşmüş və əsirlikdən azad olunmuş şəxslərlə bağlı müxtəlif dövlət orqanlarından və beynəlxalq təşkilatlardan daxil olmuş 27 sorğuda qaldırılmış məsələlər araşdırılıb və icra edilib.

Dövlət Komissiyasına müraciət etmiş 367 itkinin yaxın qohumları İşçi qrupunda qəbul olunub, onlara yaxınlarının axtarışı ilə əlaqədar görülmüş işlər barədə ətraflı məlumatlar verilib, itkin düşmə şəraitləri barədə əlavə məlumatlar alınaraq sənədləşdirilib, anket vərəqələri doldurulub.

Ölkədə və xaricdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrində, eyni zamanda Dövlət Komissiyasının rəsmi saytında müntəzəm olaraq məlumatlar yayılıb, Komissiyanın gördüyü işlər barədə müsahibələr verilib, məqalələr dərc olunub, soyqırım, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərilib.

Dövlət Komissiyasına müraciət etmiş 18 nəfərin sosial problemlərinin həll olunması üçün Komissiya üzvlərinə və müvafiq dövlət orqanlarına məktublar göndərilib. Hesabat dövründə Dövlət Komissiyasına 270 sənəd daxil olub, 325 məktub isə aidiyyəti üzrə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR