Ukraynanın məşhur idmançısı separatçılarla döyüşdə həlak olub

Ukraynanın məşhur idmançısı separatçılarla döyüşdə həlak olub
# 08 avqust 2014 15:42 (UTC +04:00)

Bakı – APA. Avarçəkmə üzrə Ukrayna çempionu, milli komandanın üzvü İqor Prisyajnyuk avqustun 7-də ölkənin şərqində separatçılarla döyüşdə həlak olub. APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Gənclər və İdman Nazirliyindən bildirilib.

İ. Prisyajnyuk Dövlət Sərhəd Xidmətinin qüvvələrinin tərkibində antiterror əməliyyatında iştirak edib. O, 1000 və 5000 metr məsafəyə yarışlarda dəfələrlə Ukrayna çempionu olub, 2013-cü ildə qeyri-olimpiya növləri üzrə Kolumbiyada keçirilən Dünya Oyunlarına qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR