Avropa Şurası və Avropa ittifaqı Azərbaycanda 4 sahə üzrə həyata keçiriləcək layihələrin təqdimatını keçirib - FOTOSESSİYA

Avropa Şurası və Avropa ittifaqı Azərbaycanda 4 sahə üzrə həyata keçiriləcək layihələrin təqdimatını keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 27 oktyabr 2015 09:18 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Avropa Şurası və Avropa İttifaqı Azərbaycanda Proqramlı Əməkdaşlıq haqqında Çərçivə Sazişi əsasında reallaşdırılacaq 4 layihənin təqdimatını keçirib.

APA-nın xəbərinə görə, təqdimatda Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, Proqamlı Əməkdaşlıq haqqında Çərçivə Sazişinin Azərbaycan Xarici İşlər Nazirliyindən olan milli koordinatoru Həbib Mikayıllı, Avropa Şurası tərəfindən koordinator Arkadi Sitin, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak edib.

Tədbiri açan D. Filipoviç bu layihələrin insan hüquqları, qanunun aliliyi, korrupsiya ilə mübarizə və media azadlığı ilə bağlı islahatların keçirilməsinə dəstək məqsədi daşıdığını bildirib. Qeyd edilən sahələr üzrə Avropa Şurasının yüksək təcrübəsi olduğunu deyən D. Filipoviç bu təcrübəni tərəfdaşlarla paylaşmaqdan məmnun olduqlarını söyləyib. Onun sözlərinə görə, layihələrin həyata keçirilməsi ilə "Şərq tərəfdaşlığı" ölkələrinin ehtiyaclarının ödənməsində uğurlar əldə ediləcək.

Daha sonra çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Malena Mard birgə layihə çərçivəsində Azərbaycanın məhkəmə-hüquq sisteminin əməkdaşlarına təlim keçiriləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbayanda 2015-2017-ci illərdə Proqramlı Əməkdaşlıq haqqında Çərçivə Sazişi əsasında həyata keçiriləcək dörd layihənin əsas məqsədi söz və mətbuat azadlığının genişləndirilməsi, inzibati orqanlarda rüşvətxorluqla mübarizə və rüşvətxorluğun qarşısının alınması imkanlarının gücləndirilməsi, habelə Azərbaycanda ədliyyə xidmətlərinin səmərəsi və keyfiyyətinin yüksəldilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR