Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Bakı Ali Neft Məktəbində olub - FOTO

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 25 sentyabr 2014 11:50 (UTC +04:00)

Bakı - APA-Economics. Kolumbiya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Əssəd Xose Xater Penya Bakı Ali Neft Məktəbində (BANM) olub.

Məktəbdən “APA-Economics”ə verilən məlumata görə, görüş çərçivəsində qonağa BANM-nin yaranma tarixi, məqsəd və başlıca hədəfləri, həmçinin tələbə qəbulu prosesinin nəticələri haqqında ətraflı məlumat verilib.

Rektor Elmar Qasımov bildirib ki, bu ali təhsil ocağı qısa zaman çərçivəsində fəaliyyət göstərməsinə baxmayaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən son iki tədris ilinin statistik göstəricilərinə əsasən ali təhsil müəssisələrinin reytinq cədvəlində I yer qazanıb və ali məktəblər arasında mütləq lider olub. Rektor eyni zamanda qeyd edib ki, ali məktəbdə tədris prosesi Avropa Kredit Transfer Sisteminin şərtlərinə uyğun təşkil olunur və Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə qurulmuş əməkdaşlıq münasibətləri çərçivəsində BANM-də həmin universitetin tədris proqramları tətbiq olunur, dərslərdə keyfiyyətə nəzarət, imtahanların keçirilməsi və qiymətləndirilməsi prosesi isə partnyor universitet tərəfindən həyata keçirilir.

Öz növbəsində müvəqqəti işlər vəkili Bakı Ali Neft Məktəbinə gəlişindən məmnunluq hissləri keçirdiyini qeyd edib, qısa zamanda görülən işlər və əldə olunan uğurlar münasibətilə rektoru təbrik edib. Kolumbiyada kifayət qədər hidrokarbon ehtiyatların olduğunu bildirən diplomat qarşı tərəfin qədim neft tarixinə malik bir ölkə olaraq Azərbaycandan müvafiq təcrübənin öyrənilməsində maraqlı olduğunu ifadə edib və universitetlər arasında qarşılıqlı əlaqələrin qurulması istiqamətində hərtərəfli dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.

Görüşdən sonra qonaq BANM-nin tələbələri ilə görüşüb və tədris prosesi ilə yaxından tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR