Meksikada naməlum şəxslər barda 6 nəfəri qətlə yetirib

Meksikada naməlum şəxslər barda 6 nəfəri qətlə yetirib
# 13 avqust 2015 23:39 (UTC +04:00)

Bakı-APA. Meksikanın Verakrus ştatındakı Orisaba şəhərində 5 naməlum silahlı şəxs barlardan birinə basqın edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində bir masa arxasında əyləşən “Los Setas” cinayətkar qruplaşmasının liderlərindən biri olan Xose Markes Balderas və jurnalist Eriberto Santos Karrera daxil olmaqla 6 nəfər güllələnərək qətlə yetirilib.

Barda masanın arxasında “Buen Tono” qəzetinin daha iki müxbir olub, lakin onların ciddi xəsarət almadığı bildirilir. “Silahlı şəxslər onların başında şüşə butulkalar qırıb, lakin, buna baxmayaraq, onlara ciddi xəsarət yetirilməyib. Onların hədəfi başqa şəxslər olub”, deyə rayon administrasiyasının nümayəndəsi yerli “Universal” nəşrinə bildirib.

Hadisə yerinə gələn polis əməkdaşları və cinayətkarlar arasında atışma olub, nəticədə iki polis yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Silahlı şəxslər ərazini tərk etməyə müvəffəq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR