Daha bir türk telekanalı “Azerspace-1” peykinin resurslarından istifadəyə başlayıb

Daha bir türk telekanalı “Azerspace-1” peykinin resurslarından istifadəyə başlayıb
# 20 oktyabr 2014 09:07 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Sentyabr ayından etibarən Türkiyənin “ATV” kanalının nəzdində fəaliyyətə başlayan “ATVSpor” kanalı “Azerspace-1” telekommunikasiya peykinin tutumlarından istifadə etməyə başlayıb.

“Azərkosmos” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yeni yaradılmış kanal idman yarışlarının yayımı üzrə ixtisaslaşıb və Türkiyədə keçirilən bütün idman oyunlarını milli peykimizin resurslarından yararlanaraq yayımlayır. Kanal rəhbərliyi “Azerspace-1” peykinin yayım keyfiyyətlərindən razı qaldığını və iş birliyinin uzunömürlü olacağına əmin olduğunu bildiriblər.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azerkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azerkosmos” ASC tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR