Səfirlik: "Meksika Qafqazın ən böyük ölkəsi ilə münasibətləri inkişaf etdirmək naminə bu ölkədə öz səfirliyini açıb"

Səfirlik: "Meksika Qafqazın ən böyük ölkəsi ilə münasibətləri inkişaf etdirmək naminə bu ölkədə öz səfirliyini açıb"
# 01 oktyabr 2015 17:10 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Meksika Qafqazın ən böyük ölkəsi ilə münasibətləri inkişaf etdirmək naminə bu ölkədə öz səfirliyini açıb".

APA-nın məlumatına görə, bu barədə Meksikanın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.

Səfirliyin açılmasının bir illiyi ilə əlaqədar yayılan bəyanatda bildirilir ki, Meksika və Azərbaycanı birləşdirən bir sıra dəyərlər var: “Hər iki ölkə karbohidrogenlərin vacib istehsalçısıdır. Azərbaycan və Meksikanın Nizami Gəncəvi, Fizuli, Xurşudbanu Natəvan və Mirzə Fətəli Axundov və Sor Xuana, Xuan Rulfo, Karlos Fuentes və Oktavio Paz kimi ədəbiyyatın tarixi və əhəmiyyətli nümayəndələri olan minillik mədəniyyətləri var.

Hər iki ölkə arasında mövcud əlaqələri daha artıq inkişaf etdirmək məqsədilə, səfirlik 2015-ci ilin iyun ayından etibarən rəssamlıq sərgisi, “maryaçi” musiqisinin təqdimatı və Meksika mətbəxi həftəsi daxil olmaqla altı mədəniyyət tədbiri həyata keçirib: “Hazırda iki ölkənin müxtəlif sahələrə aid əməkdaşlıq imkanları öyrənilməkdir. Bu sahələrə təhsil, idman, energetika, neft və ətraf mühit, beynəlxalq ticarət və digərləri aiddir. Bununla əlaqədar olaraq, səfirlik gələcək aylarda, digər tədbirlərlə yanaşı, Meksika içkilərinin dequstasiyasını, həmçinin dekabr bayramını (“Posada”) təşkil edəcək”.

Qeyd edilir ki, Meksikanın səfiri Rodriqo Labardini ilk dəfə may ayında Bakıya gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR