Azərbaycan ərazisində 7 bal gücündə zəlzələ olub - YENİLƏNİB-1 - VİDEO

Azərbaycan ərazisində 7 bal gücündə zəlzələ olub - <span style="color: red;">YENİLƏNİB-1  - <span style="color: red;">VİDEO
# 04 sentyabr 2015 07:08 (UTC +04:00)

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ bu gün saat 09.49-da Şəki arazisində qeydə alınıb.

Zəlzələ episentrdə 7 bala qədər, respublikanın ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub.

Zəlzələ 13 km dərinlikdə baş verib.

***

saat 10.03


Bakı - APA. Bu gün səhər saatlarında Azərbaycan ərazisində güclü zəlzələ olub.

APA-nın xəbərinə görə, saat 09.51 radələrində Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad rayonlarında, Şirvan və Mingəçevir şəhərlərində qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya zəlzələnin baş verdiyi təsdiqlənib.

Qeyd edək ki, həmin saatlarda Gürcüstan ərazisində də zəlzələ baş verib. Hələlik zəlzələnin episentri məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR