Azərbaycan regional Data Mərkəzi iyunda istifadəyə verəcək

Azərbaycan regional Data Mərkəzi iyunda istifadəyə verəcək
# 10 aprel 2015 09:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanda ilk dəfə olaraq “Tier III” səviyyəli regional Data Mərkəz istifadəyə veriləcək.

APA-Ecomomics” xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin nümayəndəsi Məzahim Quliyev brifinq zamanı bildirib.

M. Quliyevin sözlərinə görə, ABŞ-ın “Uptime” İnstitutunun nümayəndələri sertifikatlaşdırma mərhələsini yerinə yetirdikdən sonra artıq Data Mərkəz istismara veriləcək.

“İnstitutunun nümayəndələri may ayında Data Mərkəzi sınaqdan keçirəcəklər. Müvafiq sertifikat verildikdən sonra mərkəzin iyun ayında istismara verilməsi gözlənilir”, - deyə o bildirib.

Qeyd edək ki, Data Mərkəzin yaradılması BMT-nin İnkişaf Proqramı (UNDP) çərçivəsində həyata keçirilib.

Qurum rəsmisi artıq dünyada məşhur olan “Google”, “Facebook” şirkətlərinin Azərbaycanda istismara veriləcək Data Mərkəzlə əməkdaşlıq edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR