Gürcüstanın baş naziri: “Azərbaycanla energetika sahəsində əməkdaşlıq əhəmiyyətlidir”

Gürcüstanın baş naziri: “Azərbaycanla energetika sahəsində əməkdaşlıq əhəmiyyətlidir”
# 06 sentyabr 2016 17:10 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. “Enerji sektorunda Azərbaycanla əməkdaşlıq əhəmiyyətlidir”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Tiflisdə keçirilən “Varşava sammitindən sonra dəyişən geosiyasi landşaft” adlı beynəlxalq konfransda amerikalı analitiklərin suallarını cavablandırarkən bildirib.

“Ölkəmiz davamlı şəkildə yüksək enerji balansına nail ola bilər. Biz enerji sektorunda Azərbaycanla əməkdaşlığı davam etdirəcəyik. Bizim SOCAR ilə yaxşı münasibətlərimiz var. Bu, münasibətlərimizin strateji cəhətdən inkişafı üçün çox vacibdir və biz münasibətlərimizi inkişaf etdirəcəyik”, - deyə o vurğulayıb.

G. Kvirikaşvili Rusiyanın “Qazprom” şirkətinin spekulyasiya xarakterli bəyanatlar səsləndirdiyini də bildirib. O qeyd edib ki, bu şirkət qaz məsələsindən siyasi məqsədlər üçün istifadə edib.

Hökumət başçısı 4 illik fəaliyyət planının gələcəyi haqqında fikirlərini də bildirib. Onun sözlərinə görə, ölkədə iqtisadi islahatlar, təhsil islahatı həyata keçirilməlidir, infrastruktur layihələri sürətləndirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR